“Savaşın belə bir əxlaqı var! Tank tanka, təyyarə təyyarəyə, hərbçi hərbçiyə, tüfəng tüfəngə...”

Unikal.org xəbər verir ki, bunu “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar tvitterdə yazıb.

“Müdafiəsiz məsum dinc sakinlərə, uşaqlara, əl boyda körpəyə toxunan zalımdır, qorxaqdır, canavardır...”.

O həmçinin yazdığı tvitdə #Gence, #Mingeçevir, #ArmeniaKillsChildren, #ArmenianTerrorism, #SeninleyizAzerbaycan heştaqları ilə Azərbaycana dəstəyini ifadə edib.