Ağdaş rayonunun Nemətabad kəndi ərazisində “VAZ" və “Chery” markalı iki minik avtomobili toqquşub.

Bu barədə Unikal.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1988-ci il təvəllüdlü Sadıqov Orxan Cavid oğlunun meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.