Prezident Emmanuel Makron və Prezident İlham Əliyev arasında son həftələr sıx təmas olub.

Unikal.org xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Twitter” hesabında yazıb.

Diplomat bildirib: “Doğrudur son zamanlar bəzi gərginliklər oldu, amma iki liderin bir-birinə qarşı hər zaman yüksək hörməti olub. Prezident İlham Əliyev son zamanlar yaşanan gərginlik dövrünün bitdiyini söylədi: O səhifə bağlandı. Əslində, mən də bunun üçün çox minnətdaram”.