Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində Bakı metrosunun fəaliyyəti bu gündən dayandırılıb.

Unikal.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmasına qərar verib.

Qeyd edək ki, son günlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunması səbəbindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, bu gündən ölkədə xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.