“Azərbaycan 30 il ATƏT-in Minsk Qrupu həmsədrlərinin apardığı müzakirələr nəticəsiz qaldı. Azərbaycan buna görə hərəkətə keçdi”.

Unikal.org xəbər verir ki, bunu bu gün Bakıda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

M. Şentop deyib ki, sülh yolu ilə, yaxud Azərbaycan Ordusu tərəfindən torpaqların işğaldan azad ediləcəyinə inanır.