"Azərbaycan Ermənistan tərəfindən heç bir mülki əhalini hədəfə almır. Yalnız hərbi hədəflərə istiqamətlənir”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistanın vəhşiliklərinə ad tapmaq olmur:

“Azərbaycan humanitar atəşkəsə əməl etsə də Ermənistanın təxribatlarına cavab vermək məcburiyyətində qalır. Ermənsitanın bu hərəkətləri bütün konvensiya və qanunların kobud şəkildə pozulmasıdır. Çünki bütün konvensiya və qanunlarda mülki əhali və infrastrukturun atəşə tutulmamasının vacibliyi qeyd edilir. Lakin biz görürük ki, Ermənistan bütün bu qanunları ayaqlar altına atır və Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir. Hazırda da Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutur. Hətta Ermənistan öz ərazisindən də Azərbaycanın mülki əhalisini atəşə tutmaqla münaqişəni genişləndirməyə çalışır. Biz dünən bəyan etdik ki, müharibədə həlak olan ermənilərin cəsədlərini verməyə hazırıq, lakin bunun cavabında Ermənsitan tərəfi öz təxribatlarını davam etdirdi və mülki əhalimizi yenə də atəşə tutdu”.