Baş Prokurorluq Tərtərdə ermənilərin “Pambıq emalı zavodu”nu vurması ilə bağlı məlumat yayıb. 

Unikal.org həmin məlumatı təqdim edir:

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalini, mülki infrastruktur obyektlərini ağır artileriya və raket atəşinə tutmaqda davam edir.

19.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və  ağır artilleriyadan atəşə tutulmuşdur.

Bu gün saat 16 radələrində rayonun Azadqaraqoyunlu kəndi ərazisinə top mərmisi düşməsi nəticəsində “Pambıq emalı zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətin Tərtər filialında yanğın baş vermişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən yanğın zamanı hər hansı şəxsin (şəxslərin) xəsarət alıb-almamasını müəyyən etmək məqsədilə mövcud  şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

İcimaiyyətə əlavə məlumat veriləcəkdir.

***

16:16

İşğalçı Ermənistan ordusu Tərtər rayonunu yenə raketlə atəşə tutub.

Unikal.org Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, ərazidə yerləşən pambıq fabrikində güclü yanğın başlayıb.