Ermənistanda koronavirusa yoluxanların sayı 68 694 nəfərə çatıb.

Unikal.org-un  erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 234 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 10 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 101 nəfər koronavirusdan ölüb, 15 8859 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.