Qırğızıstanda etirazlar və hakimiyyət dəyişikliyi fonunda ölkənin paytaxtı Bişkekin meri Əziz Surakmatov istefa verdi.

Unikal.org şəhər rəhbərliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Keneşin (milli məclisin – red.) deputatları şəhərin rəhbərini rəsmi seçənədək merin vəzifəsini onun  birinci müavini Nəriman Tyuleyev icra edəcək.

Xatırladaq ki, Tyuleyev 2008-2010-cu illər arasında Bişkekin meri olub. 2013-cü ildə korrupsiyaya görə 11 il həbs cəzasına məhkum edilmişdi, lakin 2016-cı ildə 30 milyon som (375 min dollar) məbləğində dövlət zərərini ödədikdən sonra amnistiya olunmuşdu.