“Biz böyük qayıdış astanasındayıq. Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar”.

Unikal.org-un xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində deyib.

“Baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait yaradılıb. Bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər üçün 7 min mənzilin verilməsini nəzərdə tuturuq. 300 mindən çox məcburi köçkünə evlər, mənzillər verilib. Onlar bu qayğıya görə bizə minnətdarırlar”, - deyə Prezident qeyd edib.