Cəbhə bölgəsində olan İsveçrəli jurnalist Andre Vidmerin “Onlar atəş altında geri dönmələrini gözləyirlər” başlıqlı məqasləsi dərc olunub.

Unikal.org xəbər verir ki, hal-hazırda Tərtərdə olan A. Vidmer məqaləsində 30 ilə yaxın müddət ərzində Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıdacaqlarına ümid etdikləri qeyd edib.

Məqalədə gün ərzində partlayışların eşidildiyi, tez-tez raket atəşlərinin açılması, evlərin pəncərələrinin və tavanlarının yararsız vəziyyətə düşdüyü və Tərtərin Marqusovan adlı məcburi köçkun qəsəbəsinin əhalisinin gecələr hava hücumundan qorunmaq üçün anbarlarda gecələdikləri bildirilib. Bu qəsəbənin cəbhə xəttinə yaxın olması və burada əsasən 1991-1994-cü illərdə baş vemriş birinci Dağlıq Qarabağ münaqişəsi zamanı məskunlaşmış təqribən 1100 məcburi köçkünün yaşaması oxuyucuların diqqətinə çatdırılıb. Məqalədə həmçinin Tərtərin əhalisinin bir çox hissəsinin hal-hazırda cəbhədə döyüşdüyü qeyd edilib.

26 il Erməni qüvvələrinin nəzarəti altında olan Dağlıq Qarabağ və yeddi ətraf rayonun uğrunda ikinci müharibənin cari ilin 27 sentyabr tarixində yenidən alovlanması məqalədə bildirilmiş və hər iki tərəfin bir-birini qarşılıqlı şəkildə atəşin açılmasında günahlandırdığı qeyd edilib. A.Vidmer hal-hazırkı vəziyyətə baxmayaraq, yaşadığı Marqusovan qəsəbəsini tərk etməyən Xalıq Hümbətovun fikirlərinə məqalədə yer verib və qeyd edib ki, X.Hümbətov evlərinin əslində bu qəsəbədə yox, Maqadiz kəndində olmasını qeyd edib. Maqadiz kəndinin Azərbaycan ordusu tərəfindən azada olduğu bildirilib. X.Hümbətov Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən azad olmuş ərazilərin videolarının yayımlanmasını bildirmiş və elə videoların birində özünün əvvəlki evini, daha doğrusunun onun qalıqlarının gördüyünü qeyd edib. Məqələdə X.Hümbətovun 1993-cü ildə Maqadiz kəndinən məcbur olaraq köçdüyünü və valideynlərini müharibədə itirməsi qeyd olunub.

Daha sonra, A.Vidmer 1994-cü ildə atəşkəsin imzalanmasını, lakin münaqişənin həll olunmadığını, 30.000-ə yaxın insanın həlak olmasını, 350.000-ə yaxın erməninin Azərbaycandan köçdüyünü və 800.000 Azərbaycanlının məcburi köçkün olmasını və Azərbaycan Respublikasının beynəlxalq şəkildə tanınmış ərazisinin  20 faizə yaxın hissəsinin Ermənistanın nəzarəti altında olmasını qeyd edir.

Məqalədə Dağlıq Qarabağda etnik cəhətdən ermənilərin Azərbaycanlılara nisbətdə çoxluq təşkil etdiyi, lakin yeddi ərtaf rayonlarının əhalisinin 90 faizinin Azərbaycanlılardan ibarət olması bildirilib və əhalinin bu rayonlardan qovulması qeyd edilib. 20 ildən çox bir müddətdə ATƏT-in Minsk qrupu və eləcə də çoxlu sayda ikitərəfli görüşlər çərçivəsində diplomatik həllin tapılmasına nail oluna bilinmədiyi bildirilib.

Ermənilərin dünyanın heç bir dövləti tərəfindən və eləcə də Ermənistanın özü tərəfindən tanınmayan “Dağlıq Qarabağ Respublikası”nın öz müqəddəratını təyin etmək hüququna malik olmasını və Azərbaycan Respublikasının isə ölkənin ərazi bütövlüyünün bərpa olmasının tələb etməsi qeyd olunur. Məqalədə cari ilin sentyabr ayında  “Dağlıq Qarabağ Respublikası”nın parlamentinin “Respublika”nın mərkəzinin Şuşa şəhərinə köçürüləcəyini elan etməsi qeyd olunub və Şuşanın Azərbaycanlılar tərəfindən mədəniyyət və musiqisinin beşiyi kimi qiymətləndirilməsi vurğulanıb.

https://www.faz.net/aktuell/politik/ausland/fluechtlinge-aus-karabach-sie-warten-unter-beschuss-auf-ihre-rueckkehr-17008236.html?premium&service=printPreview