ABŞ-da Çeksonvilla məktəb komandaları arasında futbol oyunu silahlı insidentlə bitib.

Unikal.org xəbər verir ki, naməlum şəxs avtomat silahdan atəş açaraq avtomobillə hadisə yerindən qaçıb. Silahlı hücum nəticəsində 27 yaşlı kişi ölüb, onun yeddi yaşlı oğlu yaralanıb.

Polisin verdiyi məlumata görə, ailəyə hücum əvvəlcədən planlaşdırılıb.