Qırğızıstan rəhbəri səlahiyyətlərini icra edən Sadır Japarov respublika prezidentinin səlahiyyətlərinin qəbul edilməsi barədə fərman imzalayıb.

Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Qırğızıstan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Sadır Japarov 16 oktyabr tarixində “Qırğızıstan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasının qəbul edilməsi haqqında” fərman imzalayıb”, - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, səlahiyyətlərinin icrasına başlayan Sadır Japarov fərmanı ilə hüquq-mühafizə orqanları, məhkəmələr və yerli özünüidarəetmənin icra orqanları da daxil olmaqla bütün dövlət orqanlarının rəhbərləri qarşısında onlara həvalə edilmiş qurumların normal rejimdə işləməsini təmin etmək vəzifəsi qoyub.

Beləliklə, hüquq-mühafizə orqanlarına korrupsiya və cinayətkarlıqla mübarizəni gücləndirmək, Nazirlər Kabinetinə təcili olaraq özəl kapitalın və mülkiyyətin qorunması üçün tədbirlər görmək, həmçinin koronavirus infeksiyasının yayılmasına qarşı mübarizəni gücləndirmək tapşırılıb.