“Barselona” Çempionlar Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində oktyabrın 20-də “Ferentsvaroş”u qəbul edib. Kataloniyalılar rəqibi 5:0 hesabı ilə darmadağın edib.

Unikal.org “Squawka” portalına istinadla xəbər verir ki, “Barsa”nın hücumçusu Lionel Messi 27-ci dəqiqədə penalti vurmaqla matçda hesabı açıb və bununla da Çempionlar Liqasının tarixi nailiyyətinə imza atıb. Belə ki, argentinalı turnirin tarixində ardarda 16 mövsümdə rəqib qapısından top keçirən ilk futbolçu oldu.