Qondarma rejimin Xankəndidən yayımlanan “Artsakh” televiziyası bir neçə gündən sonra yeni frekansla və aşağı keyfiyyətlə yayıma başlayıb.

Unikal.org xəbər verir ki, bu barədə jurnalist İsgəndər Qənbərov məlumat yayıb. O, televiziyanın Dağlıq Qarabağ ərazisindən Ermənistana köçürüldüyünü bildirib:

“Kiçik bir araşdırma apardım. Artıq televiziyalarını Xankəndidən İrəvana daşıyıblar. Peykdə kod dəyişib. Studiyada isə əvvəlki “əzəmətli” dekor yoxdur”, - deyə o qeyd edib.