"Ermənilər Gəncədə törədikləri hadisəyə görə öz cazalarını çox ağır şəkildə alırlar və alacaqlar".

Unikal.org-un məlumatına görə, bu sözləri Baş Nazirin müavini Əli Əhmədov Gəncə şəhərinə etdiyi səfər zamanı jurnalistlərə açıqlamasında bildirib.

"Əlbəttə, biz onlar kimi uşaq, mülkü şəxsləri hədəf almırıq. Biz bunun cavabını döyüş meydanında veririk. Ermənilər Gəncəyə etdiklərinin cəzasını çox ağır ödəyir".

Qeyd edək ki, Baş Nazirin müavini zərər görən hərkəsə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən maddi yardım da ediləcəyini bildirib.