Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Siyəzən rayonunun Beşdam kəndi ərazisində “HOWO” və “Mercedes” markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadə xəbər verir ki,  hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan “Mercedes” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.