Türkiyədə son sutka ərzində 71 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, daha 2102 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 9584, virusa yoluxanlar isə 355 528 nəfərə çatıb.

Türkiyədə indiyədək 310 027 pasiyent (son sutkada 1599 nəfər) sağalaraq evə buraxılıb.