Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun əks-həmlə əməliyyatları nəticəsində sarsıdıcı zərbələrə məruz qalan Ermənistan itkilərini açıqlamağa davam edir.

Unikal.org xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin yaydığı son məlumata görə, döyüşdə məhv edilən 928 erməni hərbçisinin adı müəyyənləşib.

Real faktlar isə təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur.