Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə prezident seçkilərinin tarixini təyin edib.

Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, respublikada prezident seçkiləri 2021-ci ilin 10 yanvar tarixində keçiriləcək.

Qeyd edək ki, Qırğızıstanda parlament seçkilərinin keçirilməsi dekabrın 20-nə planlaşdırılıb.