ABŞ prezidenti Donald Tramp Florida ştatının Vest-Palm-Biç şəhərində prezident seçkiləri çərçivəsində erkən səsvermədə iştirak edib.

Unikal.org xəbər verir ki, bu barədə "Fox News” telekanalı məlumat yayıb.

"Mən Tramp adlı oğlana səs verdim”, deyə Birləşmiş Ştatların hazırkı prezidenti tərəfdarlarının qarşısında çıxış edərkən bildirib.

Xatırladaq ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabrın 3-də baş tutacaq.