Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Avtomobil hərəkətdə olarkən motosikletlə toqquşub. Hadisə zamanı motosikletin sürücüsü 1998-ci il təvəllüdlü Atayev Məhəmməd Tahir oğlu bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ mil sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.