Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 43 milyon nəfəri ötüb.

Unikal.org pandemiyanın statistikasını aparan “Worldometer” saytına istinadla xəbər verir ki, dünya üzrə COVID-19 virusuna indiyədək 43 milyon 2 min 322 yoluxma halı qeydə alınıb.

Ən çox yoluxmanın baş verdiyi ABŞ-da bu göstərici 8 milyon 827 min 932 nəfərə çatıb. Birləşmiş Ştatlarının ardınca ilk onluqda Hindistan (7 milyon 866 min 740), Braziliya (5 milyon 381 min 224), Rusiya (1 milyon 513 min 877), İspaniya (1 milyon 110 min 372), Fransa (1 milyon 86 min 497), Argentina (1 milyon 81 min 336), Kolumbiya (1 milyon 7 min 711), Meksika (886 min 800), Peru (886 min 214) və Böyük Britaniya (854 min) yer alır.

Koronavirusa yoluxan 31 milyon 707 min 974 nəfər sağalıb, 10 milyon 139 nəfərə yaxın xəstənin müalicəsi davam edir. Pandemiya səbəbindən dünya üzrə 1 milyon 155 min 524 min nəfər həyatını itirib.

Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.