"Neftçi"nin sabiq futbolçusu Fransisko Qarsiya xoşagəlməz hadisə ilə üzləşib.

Unikal.org "versus.lanacion.com.py" saytına istinadən xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi sərxoş vəziyyətdə saxlanılıb. 29 yaşlı oyunçunun üzərində marixuana aşkarlanıb. Hazırda polis idarəsində saxlanılan "Qato" ləqəbli futbolçu daha əvvəl də eyni səbəbdən həbs olunub.

Qeyd edək ki, Fransisko Qarsiya 2018-ci ildə "Neftçi"nin formasını geyinib.