“Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra məqsədyönlü şəkildə bizim dədə-baba torpaqlarımıza gətirildi və ölkəmizin ən dilbər guşələrindən biri olan Qarabağda yerləşdirildi. Məqsəd aydın idi: İmperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi”. 

Unikal.org-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, bu müqavilələrdan sonra Dağlıq Qarabağa qonşu ölkələrdən kütləvi surətdə ermənilər gətirildi, azərbaycanlıların dədə-baba torpaqlarında yerləşdirildi: “XX əsrin əvvəllərində Bolşevik inqilabından sonra təhlükə var idi ki, Bolşevik hakimiyyəti Dağlıq Qarabağı Ermənistana verəcək. Nəriman Nərimanov və digər reallığı düz qiymətləndirən şəxslərin səyləri nəticəsində buna nail ola bilmədilər. Və Qafqaz bürosunun protokollarında göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın”.