ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində Azərbaycan ordusunun Dağlıq Qarabağdakı qələbələri şərəfinə yürüş keçirilib.

Unikal.org-a verilən xəbərə görə,  yürüş iş adamı Eşqin Rəhimovun rəhbərliyi altında bir qrup azərbaycanlı tərəfindən təşkil olunub.

Həmyerlilərimiz 100 m uzunluğunda Azərbaycan bayrağını San-Fransisko küçələrində gəzdiriblər.