Əgər Donald Tramp yenidən prezident seçilsə, təhlükəsizlik sferasında bir neçə yüksək vəzifəli şəxsi istefaya göndərəcək.

Unikal.org xəbər verir ki, bu məlumatı “Aksios” (Axios) portalı öz mənbələrinə istinadən yayıb. Məlumata görə, ABŞ lideri xüsusilə Federal Təhqiqatlar Bürosunun rəhbəri Kristofer Rey, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel və Müdafiə naziri Mark Esperi istefaya göndərəcək.

Bununla belə Haspelin seçkini gözləmədən özünün vəzifədən gedə biləcəyi də qeyd edilib.

Qeyd edək ki, Haspel 2018-ci ildən MKİ-yə rəhbərlik edir. O, 1996-1998-ci illərdə Azərbaycanda da fəaliyyət göstərib.