Telefonun dinlənilməsinin əlamətləri batareyanın sürətlə boşalması və ya cihazın həddindən artıq isinməsi, həmçinin cihazın öz-özünə açılması və  ya sönməsi ola bilər.

Unikal.org xəbər verir ki, bu barədə “İntellektual Ehtiyat” şirkətinin direktoru Pavel Myasoyedov bildirib.

Dələduzlar tərəfindən izlənilməsinin qarşısını almaq üçün mütəxəssis cihazın, SIM kartın, parolların və ya cihazın qoşulduğu elektron poçtun dəyişdirilməsini tövsiyə edib: “Telefonunuzda quraşdırmadığınız proqramlar aşkar etsəniz, təcili silin”.

Myasoyedovun sözlərinə əsasən, telefon qohumlar tərəfindən dinlənildikdə, onlar asanlıqla yenidən smartfona giriş əldə edə və ona casus proqramları quraşdıra bilərlər.