Ermənistanda daha 1 600 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 80 410-a yüksəlib. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda - 26 nəfər artaraq 1 222-yə çatıb. İndiyədək 51 814 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 26 452 aktiv koronavirus xəstəsi var.