Astara rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

Unikal.org  Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir ki, hadisə zamanı binanın ikinci mərtəbəsində ümumi sahəsi 30 kv/m olan mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.