“Microsoft” şirkətinin qurucusu Bill Qeyts ABŞ-da hazırlanan bəzi koronavirus peyvəndlərinin effektivliyinə şübhə ilə yanaşıb.

Unikal.org xəbər verir ki, Qeyts 2021-ci ilin əvvəllərində əgər şansları gətirsə, hazırda üçüncü mərhələdə olan altı ABŞ COVID-19 peyvəndindən ikisinin və ya üçünün hazırlanacağını təxmin edir:

 “Hər hansı bir təhlükəsizlik problemi varsa, onda altısından bəziləri yox ola bilər”.

Bundan əlavə, milyarder bildirib ki, ABŞ-da koronavirusun yayılması ilə əlaqədar vəziyyət payızda daha da pisləşəcək, daha çox infeksiya və ölüm halları baş verəcək və qış havasında vəziyyət daha da çətinləşəcək.

O, COVID-19 testinin tətbiq edildiyi üsulların effektivliyinə şübhə ilə yanaşıb və onları “Boş yerə pul itikisi” adlandırıb.