"The Independent" nəşrinin jurnalisti Migel Dileyni şəxsi "Twitter" hesbında UEFA-nın Çempionlar Liqasında (ÇL) 2019/2020 mövsümünün ən sürətli oyunçusunu müəyyənləşdirən texniki hesabatının bir hissəsini yayımlayıb.

Unikal.org xəbər verir ki, reytinqin ilk pilləsində Fransa PSJ-sinin hücumçusu Kilian Mbappe yer alıb. 22 yaşlı forvardın Almaniya "Bavariya"sı ilə matçda sürəti maksimal sürəti 33,98 km/s olub.

2-ci sırada Almaniyanın "Leyptsiq" komandasının müdafiəçisi Lukas Klostermann (33,82 km/s) qərarlaşıb. İlk "3-lüy"ü İtaliyanın "Atalanta" klubunun cinah oyunçusu Hans Hatebur (33,71) tamamlayır.

Qeyd edək ki, Kilian Mbappe 2020/2021 mövsümündə PSJ-nin heyətində 6 oyunda meydana çıxıb və eyni sayda qol vurub. Fransalı hücumçu həmçinin 4 məhsuldar ötürmə müəllifi olub.