Azərbaycan Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev sosial şəbəkələrdə nənənin nəvəsinə “Bala, bircə dənə də olsa erməni tankı vurmasan geri gəlmə” deməsini açıqlamasına sitat gətirib. 

Unikal.org xəbər verir ki, Məhərrəm Əliyev bu barədə deyib:

"Azərbaycan xalqının həmrəylik nümayiş etdirərək, Cənab Ali Baş Komandanın ətrafında sıx birləşməsi və yalnız qələbə ümidi ilə Azərbaycan ordusuna dəstək olması həqiqətən çox həssas və qürurvericidir. Yaşlı bir azərbaycanlı nənənin nəvəsinə “Bala, bircə dənə də olsa erməni tankı vurmasan geri gəlmə” deməsi, şəhid ana-atalarımızın “Vətən sağ olsun” deməsi, erməni terroru nəticəsində gecə vaxtı evləri dağıdılan mülki şəxslərin şanlı Ordumuzu “İrəli-Qələbəyə doğru” səsləmələri, körpə balalarımızın gözündəki qisas və qələbə əzmi milli kimliyimizi özümüzə xatırlatdı, güclü millət olduğumuzu, dəyərlərimizə sahiblənməyi bacaran, torpaqları və ərazi bütövlüyü uğrunda qorxmadan həlak olmağı və öldürməyi bacaran məğrur və qalib millət olduğumuzu növbəti dəfə özümüzə və bütün dünyaya sübut etdi. Hər bir evdə, hər ocaqda hər qarış torpağımızda qalib Azərbaycan bayrağımız var! Bu əzmin, ruh yüksəkliyinin, iradə və qətiyyətin qarşısında heç bir düşmən dayana bilməyəcəkdir! 

Qarabağ uğrunda mübarizə bizim haqq və ədalət savaşımızdır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”