Qədim zamanlardan bəri dövlət rəhbərləri həm qələbə, həm də məğlubiyyətə görə  məsuliyyət daşıyırlar. Bu, Makedoniyalı İskəndər, Tamerlan, Bonapart və hətta Stalinin dövründə də belə idi, amma Ermənistanın indiki lideri Nikol Paşinyana aid edilmir.

Unikal.org xəbər verir ki, bu barədə Brüsseldə yerləşən “EU Political Report” nəşrinin “The responsibility of leadership” başlıqlı məqaləsində yazılıb.

Məqaləyə əsasən, Ermənistanın hərbi-siyasi rəhbərliyinin 2018-2020-ci illərdəki fəaliyyətinin təhlili açıq şəkildə göstərir ki, baş nazir Nikol Paşinyan prezident Armen Sarkisyanla birlikdə Azərbaycanla müharibəyə fəal şəkildə hazırlaşırdı. Azərbaycanlı diplomatlar və Prezident İlham Əliyevin özü dəfələrlə dünya ictimaiyyətinə xəbərdarlıq etsələr də, onların xəbərdarlıqlarına məhəl qoyulmayıb.

Lakin sentyabrın 27-si səhər saatlarında Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi ilə başladığı münaqişənin böyüməsi Paşinyan üçün heç də yaxşı nəticələnmədi. Döyüş əməliyyatları başlayandan bir neçə saat sonra Azərbaycan Silahlı Qüvvələri erməni qoşunları tərəfindən işğal olunmuş əraziləri geri qaytarmağa başladı. Paşinyan ritorikasını siyasi gələcəyini qorumağa yönəldərək müdafiə mövqeyini tutdu. Doğrudanmı, itkilər siyahısının hər gün böyüdüyü bir vaxtda, ermənin xalqının ehtiyacı olan budur?

Ermənistan sakinləri günahkarın baş nazirin olduğunu düşünə bilər, ancaq dövlət başçısı döyüş meydanındakı itkilərə görə məsuliyyəti üzərinə götürmürsə, istər müdafiə naziri, istərsə də zabitlər bu məsuliyyəti öz üzərinə götürməyəcəklər. Ermənistan rəhbərlərinin öz ölkələrinə və xalqlarına sırıdığı müharibə zamanı belə məsuliyyətsizlik bağışlanmaz.

Paşinyan xalqını inandırmağa çalışır ki, Azərbaycan öz ata-baba torpaqlarını azad etmək üçün deyil, erməni xalqına qarşı müharibə aparır, beləliklə də öz səhvlərinə görə məsuliyyəti erməni əhalisinin üstünə atır və vətənpərvər müharibə mifi yaradır. Eyni zamanda, Azərbaycan Qarabağdakı çoxsaylı erməni əhalisinə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü bərpa edərkən sülh və əmin-amanlıq içində yaşamaq imkanı verir.
Ermənilərə yalnız öz taleyini xalqı qarşısında özünü doğrultmaq üçün cəbhə bölgəsindən uzaqda yerləşən Azərbaycan şəhərlərindəki mülki insanlara zərbə endirən və Azərbaycan rəhbərliyini qisas almağa təhrik edən baş nazirə əmanət etdiklərinə görə təəssüflənmək qalır. Belə bir təəssürat yaranır ki, o, Ermənistanın zərər çəkə bilən dinc vətəndaşlarının taleyinə biganədir.

“Bu məsələdə Azərbaycanın və Ali Baş Komandanın mövqeyi tamamilə aydındır, mülki vətəndaşlara hücum etmirik və bu, Ermənistanın alçaq rəhbərliyindən fərqli olaraq bizim əqidəmizdir”, - deyə Brüsseldən olan azərbaycanlı diplomat bildirib. Belə görünür ki, mövcud qarşıdurmanın ən böyük nəticəsi Azərbaycan ordusunun döyüş meydanındakı qələbəsi ilə yanaşı, ölkə rəhbərliyi və diplomatiyasının beynəlxalq aləmdəki qələbəsidir.

Qədim zamanlardan bəri dövlət rəhbərləri həm qələbə, həm də məğlubiyyətə görə  məsuliyyət daşıyırlar. Bu, Makedoniyalı İskəndər, Tamerlan, Bonapart və hətta Stalinin dövründə də belə idi, amma Ermənistanın indiki lideri Nikol Paşinyana aid edilmir.

Unikal.org-un xəbər verir ki, bu barədə, “EU Political Report” nəşrinin “The responsibility of leadership” başlıqlı məqaləsində yazılıb.