Mülki əhali arasında xidmət aparan bir FHN əməkdaşı raket atəşi nəticəsində həlak olub, biri isə ağır yaralanıb

Bu barərə Unikal.org-a FHN-dən məlumat verilib.

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.