"Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm".

Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev "Twitter"də paylaşıb.

Dövlət başçısı bildirib ki, Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək.