“Barselona” UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Yuventus”a 2:0 hesabı ilə qalib gəlib.

Unikal.org xəbər verir ki, Kataloniya klubunun ikinci qolunu penaltidən vuran hücumçusu Lionel Messi bu oyunda rekorda imza atıb. Argentinalı futbolçu turnirin qrup mərhələsində vurduğu qolların sayını 70-ə çatdırıb. İndiyədək heç bir futbolçu belə göstərici əldə etməyib.