"Müstəqil dövlətlər kimi əcdadlarımızın ənənəsinə sadiqik"
"Müstəqil dövlətlər kimi
əcdadlarımızın ənənəsinə sadiqik"

Azərbaycan prezidenti İlham Əliyevin və Qırğızıstan prezidenti Almazbek Atambayevin mətbuat konfransı olub. Prezident İlham Əliyev Qırğız Respublikasının prezidenti Almazbek Atambayevin ilk rəsmi səfərlərindən birini məhz Azərbaycana etməsinin dostluq və qardaşlığın göstəricisi olduğunu deyib.
"İndi müstəqil dövlətlər kimi əcdadlarımızın ənənəsinə sadiqik" - deyən Azərbaycan prezidenti hazırda ikitərəfli münasibətlərin inkişafında dinamikanın müşahidə olunduğunu qeyd edib.
Prezident Almazbek Atambayev ilə bundan əvvəlki görüşünü xatırladan prezident İlham Əliyev bunun münasibətlərin inkişafındakı rolunu vurğulayıb.
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında humanitar sahədə əməkdaşlığın vacibliyindən danışan dövlətimizin başçısı ölkələrimiz arasındakı əlaqələrin tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə geniş imkanların olduğunu deyib.
İmzalanan sənədlərin əhəmiyyətini vurğulayan Azərbaycan prezidenti qeyd edib ki, bu sənədlərin sayı son 20 ildə iki ölkə arasında imzalanan sənədlərin sayından çoxdur: "Ümid edirəm ki, bizim əlaqələrin gələcəyi böyükdür".a