Bakıda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki,  hadisə paytaxtın Ziya Bünyadov prospektində tuneldə baş verib. 

Belə ki, "Shacman" markalı yük maşını aşıb. Yolda böyük tıxac yaranıb. Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Famil Fərhadoğlu