Azərbaycanlı məşhur döyüş ustası Zabit Səmədov Türkiyənin ən reytinqli seriallarından olan "Kuruluş Osman”ın aktyor heyətinə qatılıb.

Unikal.org xəbər verir ki, bu barədə idmançı şəxsi instaqram səhifəsində bildirib.

Serialın prodüseri Mehmet Bozdağ isə verdiyi açıqlamada bu sözləri qeyd edib: "Bütün dünyada uğurları ilə sinəmizi qabardan azərbaycanlı kikboks ustası Zabit Səmədov "Kuruluş Osman” serialına qatıldı. Azərbaycana salam olsun. Ordularımız müzəffər olsun”.