Noyabrın 3-də cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur edib.

Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə məhv edilib.

Düşmən tanklarının məhv edilməsi anlarını əks etdirən videogörüntünü təqdim edirik.