Azərbaycanda indiyədək ümumilikdə 59509 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, onlardan 45697 nəfər müalicə olunaraq sağalıb, 780 nəfər vəfat edib, aktiv xəstə sayı 13032 nəfərdir.

Ölkədə son sutka ərzində 11474, hazırkı dövrədək isə 1391253 test aparılıb.