Məşhur türk aktrisası Tuvana Türkay koronavirusa qalib gəlib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa hələ də evdən çıxmadığını bildirib:

“Evdə qalıram. Ağ ciyərimdə hələ də koronavirusun vurduğu ziyanlar var.

Qısa müddətdə keçəcəyinə inanıram. Yüksək temperatur və öskürək ilə xəstəxanaya getmişdim. Çox çətin müddət keçirdim”.