Noyabrın 11-də, saat 23:45-də, “Stojiçe” stadionunda keçiriləcək Sloveniya – Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində hər iki komandanın keçirəcəyi mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.

Unikal.org xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Hər iki mətbuat konfransı və açıq məşq oyunun keçiriləcəyi “Stojiçe” stadionunda təşkil olunacaq.

Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi noyabrın 10-da, saat 20:00-da media nümayəndələri ilə görüşəcək. Yığmanın açıq məşqçi isə 20:30-da olacaq.

10 noyabr

Sloveniya milli komandası
Saat 17:30. Mətbuat konfransı
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası
Saat 20:00. Mətbuat konfransı
Saat 20:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq