“Yuventus”un futbolçusu Kriştiano Ronaldo zədələnib.

Unikal.org xəbər verir ki, portuqaliyalı hücumçu A Seriyasının 7-ci turunun “Latsio” ilə səfər matçında topuğundan zədələnib. Oyuna davam edə bilməyən Ronaldo 76-cı dəqiqədə Paulo Dibala ilə əvəzlənib.

Portuqaliyalı hücumçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

“Latsio” – “Yuventus” matçı qollu bərabərliklə bitib – 1:1.