Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Unikal.org xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda yoldaşlıq görüşündə Sloveniya ilə üz-üzə gəlib.

Lyublyana şəhərindəki “Stojitse” stadionunda təşkil olunmuş qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də Millətlər Liqasının V turunda Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda Monteneqronu qəbul edəcək. Komanda 3 gün sonra qrupdakı sonuncu oyununda Lüksemburqun qonağı olacaq. Milli ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını səfərdə keçirir.