21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.

Unikal.org xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində son matçını keçirib.

2-ci qrupda mübarizə aparan Milan Obradoviçin yetirmələri İsveçrə ilə qarşılaşıb. Qrupda itkisiz irəliləyən və final mərhələsinə vəsiqəni təmin edən liderlə görüş səfərdə baş tutub. Seçmə mərhələdə qonaq olduğu bütün oyunlarda uduzan komandamız uğursuzluq seriyasını qıra bilməyib.

Halbuki futbolçularımız buna çox yaxın olublar. 22-ci dəqiqədə hesabı açan millimizin üstünlüyü bir hissə çəkib. Fasilədən dərhal sonra bərabərliyi təmin edən ev sahibləri son saniyələrdə qalibiyyət qoluna imza atıblar.

Bununla da turniri 6 xalla tamamlayan yığmamız ən yaxşı halda qrup 5-cisi olacaq.