UEFA Millətlər Liqasının növbəti turunda "C" liqasının 1-ci qrupunda yer alan Azərbaycan yığması Monteneqro komandası ilə qarşılaşıb.

Unikal.org-un məlumatına görə, Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda keçirilən oyunda qol vurulmayıb. Görüş 0:0 hesabı ilə başa çatıb.

Beləliklə, bu oyundan sonra Azərbaycan millisi 5 xal qazanıb və 3-cü pillədə qalıb.

*** 22:11

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun Azərbaycan - Monteneqro oyununda ikinci hissənin startı verilib.

Unikal.org-un məlumatına görə, ilk yarıdan sonra hesab 0:0-dır.

21:50
UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun Azərbaycan - Monteneqro oyununda birinci hissə başa çatıb.

Unikal.org-un məlumatına görə, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

Matçın 45+2-ci dəqiqəsində qonaqların heyətində İqor İvanoviç qırmızı vərəqə alaraq meydandan qovulub.

*** 21:05

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun Azərbaycan - Monteneqro oyunu start götürüb.

Unikal.org-un məlumatına görə, Xorvatiyanın Zapreşiç şəhərindəki "Ivan Laljak-Iviç" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.