“Oyundan və nəticədən razı qaldığımı deyə bilmərəm”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi Millətlər Liqasının qrup mərhələsində Monteneqro ilə keçirilən oyundan sonra deyib.

Xorvatiyanın Zapreşiç şəhərində baş tutan qarşılaşmada rəqibi ilə qolsuz bərabərə qalan komandamız B liqasına vəsiqə şansını itirib.

Matçdan sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis heç-heçəni dəyərləndirib: “Hücumda çox ləng idik. Komanda ilə əlaqədar yeganə müsbət məqam dörd oyunda qol buraxmamağımızdır. İkinci hissədə imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. Bu cür oyunlarda çox risk etmək olmur. Çünki sonda məğlub da ola bilərsən. Matçın gedişində dəyişik etsək də, istədiyimizi ortaya qoya bilmədik”.