Hollivud ulduzu Oliviya Uayld nişanlısı Ceyson Sudeykisdən ayrılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, cütlük 7 il nişanlı qaldıqdan sonra münasibətinə son qoymaq qərarına gəlib. İki uşağı olan məşhurlar valideynlik öhdəliklərini bərabər bölüşəcəklərini bildiriblər.

Qeyd edək ki, yayılan bəzi şayiələrə görə ikili əslində bu ilin əvvəlində ayrılıb. Cütlüyün övladlarından Otis Aleksandrın 6, Deyzi Cozefinanın isə 4 yaşı var.